Yük maşını `Mercedes`lə toqquşdu - ölən var


20:03     04 Oktyabr 2017 1435647762_baki-quba-yolunda-avtomobil-qezasi-bash-verib20.jpg

Bərdədə baş verən qəzada ölən sürücünün meyiti xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonu, Boyəhmədli kəndi ərazisində “QAZ“ markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub.

Minik avtomobilinin sürücüsü, 1982-ci il təvəllüdlü Şükürov Ravi Bayram oğlunun meyiti FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 723